Bakıda toyuq filesi niyə yoxa çıxıb?

Bakıda toyuq filesi niyə yoxa çıxıb?

Bakıda market və mağazalarda toyuq filesinin qıtlığı ilə bağlı məlumata aydınlıq gətirilib.

Xəbəraxını “Qaynarinfo”ya istinadən xəbər verir ki, Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli məsələ ilə bağlı açıqlama verib.

Assosiasiya sədri bildirib ki, toyuq məhsullarının istehsalında hər hansı dəyişiklik baş verməyib. Onun sözlərinə görə, ötən illə müqayisədə bu il toyuq məhsullarına tələbat artıb.

“Ötənilki istehsalla indiki istehsal arasında heç bir fərq yoxdur. Bu il ötən illə müqayisədə tələbat artıb. Biz bir neçə fabriklə danışıqlar apararaq istehsalı artırdıq. Çox yaxın zamanda, bəlkə də sabah marketlərdə file bolluğu yaşanacaq”, – deyə M.Həsənli bildirib.

Mürvət Həsənli toyuq filesinin qiyməti ilə bağlı da danışıb. O, hazırda qiymət artımının qeydə alınmadığını bildirib.

“Ola bilər ki, file qıtlığı olan günlərdə bundan istifadə ediblər. Fabriklərdən çıxış qiyməti ilə topdansatış qiyməti eynidir”, – deyə sədr qeyd edib.

Qeyd edək ki, hazırda Bakıda bir sıra market və mağazalarda toyuq filesinin satışında qıtlıq müşahidə olunur. Bəzi satış məntəqələrində məhsul ümumiyyətlə tapılmır, bəzi mağazalarda isə toyuq filesinin əvvəlki qiymətlə müqayisədə daha baha satıldığı bildirilir.

Hazırda toyuq filesinin ən ucuz qiymətinin 8,5 manat olduğu qeyd olunur.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir