Bakıda taekvondo üzrə “Koreya Səfiri Kuboku” keçiriləcək

Bakıda taekvondo üzrə “Koreya Səfiri Kuboku” keçiriləcək

Sentyabrın 25-də Bakıda gənclər arasında taekvondo üzrə “Koreya Səfiri Kuboku” turniri təşkil olunacaq.

Yarış Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunda keçiriləcək. Turnirdə Azərbaycanın müxtəlif şəhər və rayonlarından olan idman klubları və təşkilatlarının taekvondoçuları iştirak edəcəklər.

Mübarizəyə 2009–2011-ci illərdə anadan olmuş oğlan və qız idmançılar qatılacaq.

Azərbaycan Taekvondo Federasiyasının təşkilatçılığı ilə baş tutacaq yarış Dünya Taekvondo Federasiyasının qaydaları və federasiyanın qüvvədə olan normativ tələbləri əsasında keçiriləcək.

Turnirdə iştirak etmək istəyən komandaların qeydiyyatı sentyabrın 17-də saat 15:00-da başa çatacaq.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir