Bakıda iki məktəbdə gərginlik: Təhsil işçilərinə hücum edildiyi bildirilir

Bakıda iki məktəbdə gərginlik: Təhsil işçilərinə hücum edildiyi bildirilir

Bakının Nardaran və Binə qəsəbələrində məktəblərdə vahid geyim qaydalarının tətbiqi ilə əlaqədar insidentlər baş verib. Hadisələr zamanı təhsil müəssisələrinin normal fəaliyyətinə maneçilik törədildiyi bildirilir.

Xəbəraxını xəbər verir ki, səhər saatlarında Nardarandakı 130 nömrəli tam orta məktəbdə toplaşan bir qrup şəxs təhsil işçiləri ilə münaqişə yaradıb və məktəbin normal fəaliyyətinə mane olmağa cəhd göstərib. Həmin şəxslərin radikal dini şüarlar səsləndirdiyi də iddia olunur.

Bundan başqa, daxil olan məlumata əsasən, Binə qəsəbəsində yerləşən 121 nömrəli tam orta məktəbin pəncərələri sındırılıb, müəllimlərə və mühafizə əməkdaşlarına hücum edilib.

Hadisələrlə bağlı görüntülər yayımlanıb. İnsidentlərə dair aidiyyəti qurumların əlavə açıqlaması barədə məlumat verilməyib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir