Bakıda daha bir marşrutun avtobusları yenilənir – Yeni avtobuslar nə vaxtdan işləyəcək?

Bakıda daha bir marşrutun avtobusları yenilənir – Yeni avtobuslar nə vaxtdan işləyəcək?

Biləcərinin metro ilə əlaqəsini təmin edən 203 nömrəli marşrut xəttində avtobuslar yenilənəcək.

Xəbəraxını xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, noyabrın 6-dan etibarən marşrut üzrə 5 yeni, ekoloji təmiz və CNG texnologiyası ilə təchiz olunmuş müasir avtobus sərnişinlərin xidmətinə veriləcək.

Yeni avtobuslar 10-12 dəqiqəlik intervalla hərəkət edəcək.

Qeyd edək ki, 203 nömrəli marşrut Biləcəri qəsəbəsini “Azadlıq prospekti” metro stansiyası ilə əlaqələndirir. Marşrut üzrə ödəniş yalnız nağdsız qaydada qəbul olunur və gediş haqqı 60 qəpikdir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir