İşçilərin 21 günlük məzuniyyət hüququ ilə bağlı YENİ QADAĞA TƏKLİF EDİLİR

İşçilərin 21 günlük məzuniyyət hüququ ilə bağlı YENİ QADAĞA TƏKLİF EDİLİR

Əmək məzuniyyətinin minimum müddətinin pul kompensasiyası ilə əvəz olunmasına məhdudiyyət qoyulması təklif edilir.

Xəbəraxını xəbər verir ki, bu məsələ Əmək Məcəlləsinə təklif olunan dəyişikliklər layihəsində əksini tapıb.

Layihəyə əsasən, işçilər üçün nəzərdə tutulan minimum 21 təqvim günlük əmək məzuniyyətinin kompensasiya ilə əvəz edilməsi qadağan ediləcək.

Təklif olunan dəyişiklikdə bir istisna da nəzərdə tutulur. Belə ki, əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq məzuniyyətə görə kompensasiya ödənilməsi mümkün olacaq.

Bundan başqa, layihədə əmək məzuniyyətinin və ya onun bir hissəsinin başqa vaxta keçirilməsi ilə bağlı qaydalara da aydınlıq gətirilməsi nəzərdə tutulur. Məzuniyyətin təxirə salına biləcəyi hallar daha geniş və dəqiq şəkildə müəyyənləşdiriləcək.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir