Bakıda daha 14 küçə və prospekt təmirə bağlanacaq – Sürücülərə xəbərdarlıq

Bakıda daha 14 küçə və prospekt təmirə bağlanacaq – Sürücülərə xəbərdarlıq

Bakıda yol infrastrukturunun yenilənməsi istiqamətində aparılan işlər davam edir. Paytaxtın 12 inzibati rayonunu əhatə edən genişmiqyaslı proqram çərçivəsində növbəti mərhələdə daha 14 küçə və prospektdə təmir işlərinin aparılması nəzərdə tutulur.

Xəbəraxını xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, ümumilikdə 110 küçə və prospektin yenilənməsini nəzərdə tutan proqram üzrə indiyədək 90 küçə və prospektdə işlər başa çatdırılıb. Beləliklə, planlaşdırılan tədbirlərin 82 faizi icra olunub.

Hazırda paytaxtın 6 küçə və prospektində təmir işləri davam etdirilir. Növbəti mərhələdə isə daha 14 küçə və prospektin təmirinə başlanılması planlaşdırılır.

Qeyd edək ki, proqramın əsas məqsədi Bakının yol infrastrukturunu müasirləşdirmək, nəqliyyatın hərəkətini rahatlaşdırmaq və yol hərəkəti təhlükəsizliyini artırmaqdır.

Təmirə bağlanacaq 14 küçə və prospektin adları hələlik açıqlanmayıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir