Bakının Binəqədi rayonunda iki nəfərin ölümü ilə nəticələnən hadisə baş verib.
Xəbəraxını “Unikal”a istinadən xəbər verir ki, hadisə Əcəmi Naxçıvani küçəsində qeydə alınıb.
Məlumata görə, Rəna adlı yaşlı qadın oğlunu bıçaqlayaraq öldürüb. Daha sonra isə yaşadığı binanın 8-ci mərtəbəsinə qalxaraq özünü yerə atıb.Hadisə ilə bağlı əraziyə polis və prokurorluq əməkdaşları cəlb olunub.
TƏBİB-dən bildirilib ki, bu gün saat 11:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi ərazisindən çağırış daxil olub.
Hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib. Briqada tərəfindən 2 nəfərin – bir qadın və bir kişinin həkiməqədər ölüm faktı qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.
