Sentyabrın 29-da Bakı və Abşeron yarımadasının bəzi ərazilərində fasilələrlə yağış yağacağı gözlənilir.
Xəbəraxını.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib.
Məlumata görə, yarımadanın ayrı-ayrı ərazilərində yağıntıların qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal edilir.
Azərbaycanın rayonlarında isə sentyabrın 29-dan 30-u axşamadək bəzi yerlərdə arabir yağış yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı ərazilərdə yağışın leysan xarakterli, intensiv və güclü olacağı, şimşək çaxacağı və dolu düşəcəyi gözlənilir. Yüksək dağlıq ərazilərdə yağıntının qara keçəcəyi ehtimal olunur.
Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı bildirilir. Böyük və Kiçik Qafqazın, eləcə də Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçməsi ehtimalı var.
