Bakıda cüdo üzrə dünya çempionatı: Bu gün 4 idmançımız tatamiyə çıxacaq

Bakıda cüdo üzrə dünya çempionatı: Bu gün 4 idmançımız tatamiyə çıxacaq

Bakıda keçirilən böyüklər arasında cüdo üzrə dünya çempionatında bu gün yeddinci yarış gününün qarşılaşmaları baş tutacaq. Azərbaycan millisinin dörd üzvü medallar uğrunda mübarizəyə qoşulacaq.

Xəbəraxını xəbər verir ki, qadınların +78 kq çəki dərəcəsində çıxış edən Madina Kaisinova yarışa 1/16 final mərhələsindən başlayacaq. Onun ilk rəqibi İtaliya təmsilçisi Asya Tavano olacaq.

Kişilərin +100 kq çəki dərəcəsində isə Camal Qamzatxanov mübarizəyə 1/32 finaldan başlayacaq. O, ilk görüşündə Çili cüdoçusu Fransisko Solislə qarşılaşacaq.

Eyni çəki dərəcəsində çıxış edən Uşanqi Kokauri və Kənan Nəsibov isə yarışa 1/16 final mərhələsindən qoşulacaqlar. Kokaurinin rəqibi Qırğızıstan təmsilçisi Emirxan Joldoşkazıyev olacaq.

Kənan Nəsibov isə Almaniya cüdoçusu Losseni Kone ilə Serbiya təmsilçisi Vidak Malyeviç arasında keçiriləcək görüşün qalibi ilə üz-üzə gələcək.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir