Bakıda yeniyetmə bıçaqlanma hadisəsi baş verib. 2011-ci il təvəllüdlü oğlan döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya çatdırılıb.
Xəbəraxını xəbər verir ki, bu barədə Oxu.Az məlumat yayıb.
Məlumata görə, Bakı şəhər sakini Ə.Rəhimli xəstəxanaya yerləşdirilib. Onun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
