Bakı metrosunda birbaşa hərəkət bərpa olundu – Sərnişinləri maraqlandıran yenilik

Bakı metrosunda birbaşa hərəkət bərpa olundu – Sərnişinləri maraqlandıran yenilik

Bakı metropoliteninin “qırmızı xətt”ində qatarların hərəkəti əvvəlki sxem üzrə bərpa edilib. Bununla da “İçərişəhər” – “Həzi Aslanov” istiqamətində birbaşa hərəkət üçün şərait yaranıb.

Xəbəraxını xəbər verir ki,  “Bakı Metropoliteni” QSC-nin məlumatına əsasən, “Həzi Aslanov” stansiyasının dalanında aparılan əsaslı təmir və yenidənqurma işləri başa çatdırılıb. Dalan yolunun yenidən istismara verilməsi ilə “Həzi Aslanov” – “Əhmədli” sahəsində tətbiq edilən məkik hərəkətin ləğvi nəzərdə tutulub.

Qurumun açıqlamasına görə, görülən işlər nəticəsində “İçərişəhər” – “Həzi Aslanov” xətti üzrə qatarların hərəkəti əvvəlki qaydada təşkil olunacaq. Bu dəyişiklik sərnişindaşımanın keyfiyyətinin və təhlükəsizliyinin artırılmasına xidmət edir.

Qeyd edək ki, yenidənqurma zamanı dalan yolunun infrastrukturu yenilənib, konstruksiyalar möhkəmləndirilib, mühəndis-kommunikasiya sistemləri və yol infrastrukturu müasirləşdirilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir