Azərbaycanlı çobanın Ermənistana keçdiyi bildirilir – Saxlanıldığı iddia olunur

Azərbaycanlı çobanın Ermənistana keçdiyi bildirilir – Saxlanıldığı iddia olunur

Azərbaycan vətəndaşının dövlət sərhədini keçərək Ermənistan ərazisinə daxil olduğu bildirilir. Ermənistan mediasının məlumatına görə, hadisə Tavuş vilayətində qeydə alınıb.

Xəbəraxını xəbər verir ki, Ermənistan mətbuatı məlumat yayıb.

Bölgə sakinlərinin sözlərinə görə, azərbaycanlı çoban sərhəd xəttini Tavuş vilayətinin Çinari kəndi yaxınlığında keçib.

İlkin məlumatlarda onun Ermənistan hərbi polisi tərəfindən saxlanıldığı iddia olunur.

Hadisə ilə bağlı hələlik Azərbaycan və Ermənistanın rəsmi qurumları tərəfindən açıqlama verilməyib. Məlumatın təfərrüatları dəqiqləşdirilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir