Elm və Təhsil Nazirliyi 2026-2027-ci tədris ili üçün Gürcüstanın azərbaycandilli məktəblərinə 22 050 ədəd dərslik göndərib.
18 adda olan dərsliklər I-XI siniflər üçün “Azərbaycan dili” və “Ədəbiyyat” fənlərini əhatə edir.
Kitabların Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinə təhvil verilməsi iki ölkənin aidiyyəti qurumlarının nümayəndələrinin, həmçinin Azərbaycanın Gürcüstandakı səfirliyinin təhsil məsələləri üzrə müşaviri Fuad Çıraqovun iştirakı ilə həyata keçirilib.
Dərsliklərin yeni tədris ili başlamazdan əvvəl Gürcüstandakı azərbaycandilli ümumtəhsil məktəblərinə paylanılması planlaşdırılır.
