Azərbaycan məktəblərində TikTok-a giriş bloklandı – Nazir müavini səbəbini açıqladı

Azərbaycan məktəblərində TikTok-a giriş bloklandı – Nazir müavini səbəbini açıqladı

Azərbaycandakı məktəblərdə “TikTok” platformasına giriş məhdudlaşdırılıb. Bununla yanaşı, şagirdlərin internetə çıxışı da filtrlənir və 200-dən çox riskli mövzu üzrə məhdudiyyət tətbiq olunur.

Xəbəraxını xəbər verir ki, bu barədə elm və təhsil nazirinin müavini Firudin Qurbanov Ailə Forumunda danışıb.

Onun sözlərinə görə, məktəblərdə “TikTok” platforması ilə yanaşı, cinayət, narkotik, zorakılıq və digər zərərli məzmunları əks etdirən görüntülərə də giriş məhdudlaşdırılıb.

Nazir müavini bildirib ki, bu cür məhdudiyyətlər yalnız məktəblərlə kifayətlənməməlidir. Ailələr də uşaqların zərərli məzmunlardan və təhlükəli platformalardan uzaq durmasına nəzarət etməlidirlər.

Qeyd edək ki, söhbət məktəblərin internet şəbəkəsində tətbiq edilən məhdudiyyətdən gedir. Açıqlamada “TikTok”un Azərbaycanda ümumilikdə bloklandığı bildirilməyib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir