“Xəbəraxını” “Oxu.az”a istinadən xəbər verir ki, Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu publik hüquqi şəxs tibbi cihazların satın alınması ilə bağlı açıq tender elan edib.
Tender üzrə ehtimal olunan qiymət 4 milyon 479 min manat müəyyənləşdirilib.
Satınalma çərçivəsində üç adda tibbi avadanlığın əldə edilməsi nəzərdə tutulur.
Tenderə 1 ədəd 128 dilimli kompüter tomoqrafiyası (KT) cihazının alınması daxildir. Kardio opsiyalı KT qurğusu UPS, iqlimləndirmə sistemi, kontrast maddə injektoru və qurğuşunlu şüşə ilə birlikdə satın alınacaq.
Bundan başqa, 1 ədəd rəqəmsal çoxfunksiyalı rentgenoqrafiya və flüoroskopiya sistemi alınması planlaşdırılır.
Satınalma siyahısında 1 ədəd 1,5 Tesla gücündə maqnit-rezonans tomoqrafiyası (MRT) sistemi də yer alıb.
