Azərbaycanlı FIFA referisi Kamal Umudlu UEFA Gənclər Liqasında keçiriləcək növbəti qarşılaşmanın baş hakimi olacaq.
Xəbəraxını xəbər verir ki, həmyerlimiz İspaniyanın “Vilyarreal” və Fransanın PSJ komandaları arasında baş tutacaq görüşü idarə edəcək.
Kamal Umudluya yan xətt hakimləri Vüsal Məmmədov və Rəhman İmami kömək edəcəklər. Qarşılaşmada dördüncü hakim vəzifəsini isə ispaniyalı Borxa Qixarro Kolomer yerinə yetirəcək.
Qeyd edək ki, “Vilyarreal” – PSJ matçı noyabrın 3-də Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
