Azərbaycanda nəqliyyatla bağlı 61 yeni standart qəbul edildi – Nələr dəyişəcək?

Azərbaycanda nəqliyyatla bağlı 61 yeni standart qəbul edildi – Nələr dəyişəcək?

Azərbaycanda dəmir yolu və avtomobil nəqliyyatı sahələrində 61 yeni dövlət standartı qəbul edilib. Yeni tələblər nəqliyyat təhlükəsizliyinin artırılmasını, infrastrukturun etibarlılığının gücləndirilməsini və beynəlxalq standartlara uyğunluğun təmin edilməsini hədəfləyir.

Xəbəraxını xəbər verir ki, bu barədə Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) məlumat yayıb.

Bildirilib ki, yeni standartların tətbiqi yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, nəqliyyat vasitələrinin təsnifatı və terminologiyasının təkmilləşdirilməsi, eləcə də yükdaşımalar zamanı yüklərin təhlükəsiz bərkidilməsi ilə bağlı tələblərin müəyyənləşdirilməsinə xidmət edəcək.

Standartlar, həmçinin texniki vasitələr və müvafiq sistemlər üzrə vahid tələblərin tətbiqini, nəqliyyat infrastrukturunun etibarlılığının artırılmasını və beynəlxalq normalara uyğunluğun təmin olunmasını nəzərdə tutur.

Məlumata görə, dövlət standartlarının layihələri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin bazasında yaradılmış “Nəqliyyat və nəqliyyat infrastrukturu” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 43) təqdimatı əsasında qəbul edilib.

Qəbul edilən standartlar Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir