Azərbaycanda 91 uşaq himayədar ailələrə verilib – Aylıq müavinətlərin məbləği açıqlanıb

Azərbaycanda 91 uşaq himayədar ailələrə verilib – Aylıq müavinətlərin məbləği açıqlanıb

Azərbaycanda indiyədək 91 uşaq himayədar ailələrin yanına yerləşdirilib. Onlardan 51-i qız, 40-ı isə oğlandır.

Xəbəraxını xəbər verir ki, bu barədə “Yeni Sabah” məlumat yayıb.

Bildirilib ki, uşaqların himayədar ailələrə verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə müvafiq şəxslər arasında müqavilələr imzalanıb.

Himayədar ailə modeli valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş və ya müxtəlif səbəblərdən müəssisələrə yerləşdirilmiş uşaqların ailə şəraitində böyüməsini və inkişafını təmin etməyə xidmət edir. Proses dövlət nəzarəti altında həyata keçirilir.

Qeyd olunub ki, himayədar ailələrə uşaqların yaşına və sağlamlıq vəziyyətinə uyğun aylıq müavinətlər ödənilir. Ödənişlərin məbləği belədir:

  • 6 yaşadək: sağlam uşaqlar üçün 355 manat, əlilliyi olan uşaqlar üçün 500 manat;
  • 7-13 yaş: sağlam uşaqlar üçün 375 manat, əlilliyi olan uşaqlar üçün 600 manat;
  • 14-18 yaş: sağlam uşaqlar üçün 395 manat, əlilliyi olan uşaqlar üçün 650 manat.

Bundan əlavə, uşaqların mövsümi geyim ehtiyaclarının qarşılanması üçün hər rüb hər uşağa görə 200 manat birdəfəlik müavinət verilir.

Məlumata görə, son aylarda himayədar ailə modelinin tətbiqi ilə bağlı prosedurlar da sadələşdirilib. Belə ki, uşağın himayədar ailəyə verilməsi üçün tələb olunan minimal müddət iki həftəyədək azaldılıb. Himayədar ailə olmaq istəyən şəxslərə təlimlərdə onlayn iştirak imkanı da yaradılıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir