Mərkəzi Asiya ilə Azərbaycan arasındamünasibətlər son illərdə yeni dinamika qazanıb. On illər ərzində formalaşan qarşılıqlı əlaqələr son dövrdəsiyasi dialoqdan iqtisadiyyat, enerji, nəqliyyat vəhumanitar sahələrə qədər əhəmiyyətli dərəcədəgenişlənib. Türkmənbaşı şəhərində keçirilənAzərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət Görüşü də bu münasibətlərin yenimərhələsinin göstəricisidir.
Prezident İlham Əliyevin görüşdə iştirakıAzərbaycanın Mərkəzi Asiya ilə əlaqələrə verdiyiəhəmiyyət baxımından diqqət çəkir. Dövlət başçısınıngörüşdə qeyd etdiyi kimi, Azərbaycanın Mərkəzi Asiyaölkələri ilə qarşılıqlı əlaqələri əhəmiyyətli dərəcədəgenişlənib. Bu proses siyasi dialoqun intensivləşməsiilə yanaşı, iqtisadi və nəqliyyat əlaqələrinin dədərinləşməsi ilə müşayiət olunur.
Bu münasibətlər sistemində Türkmənistanlaəlaqələr xüsusi yer tutur. Azərbaycan-Türkmənistanmünasibətləri son illərdə dinamik şəkildə inkişaf edir.Prezident İlham Əliyevin sözlərinə görə, ötən ildənetibarən ali səviyyədə artıq beş səfərin həyatakeçirilməsi siyasi dialoqun intensivliyini və ikitərəfliəlaqələrin daha da möhkəmləndirilməsinə qarşılıqlımarağı göstərir.
İki ölkə arasındakı münasibətlər yalnız siyasi vəiqtisadi əməkdaşlıqla məhdudlaşmır. Prezident İlhamƏliyev görüşdə Türkmənistan Xalq Məsləhətinin sədriQurbanqulu Berdiməhəmmədovun təşəbbüsü iləFüzulidə məscidin inşasını da xüsusi qeyd edib. Ötən iltəməli birgə qoyulan məscid TürkmənistanınAzərbaycana hədiyyəsi olmaqla yanaşı, dövlətbaşçısının ifadə etdiyi kimi, xalqların dostluğunun vəmənəvi yaxınlığının simvollarından biridir.
Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığındacoğrafi amil də xüsusi əhəmiyyət daşıyır. Xəzərin qərbsahilində yerləşən ölkəmiz regionu Cənubi Qafqaz vəAvropa ilə birləşdirən mühüm həlqədir. Orta Dəhliz, enerji əməkdaşlığı, ticarət və logistika imkanlarınıngenişləndirilməsi bu tərəfdaşlığın əsasistiqamətlərindəndir.
Ümumiyyətlə, bu platforma Azərbaycan vəMərkəzi Asiya ölkələri arasında formalaşan qarşılıqlıetimadın, genişlənən tərəfdaşlığın və Xəzər ətrafındayeni əməkdaşlıq imkanlarının daha damöhkəmləndirilməsi baxımından əhəmiyyət daşıyır.
