Almaniyanın Bavariya əyalətində yerləşən Berhqau icmasında silahlı insident baş verib. Atışma nəticəsində iki nəfərin xəsarət aldığı bildirilir.
Xəbəraxını xəbər verir ki, “Bild” qəzetinin məlumatına görə, hadisədən sonra hüquq-mühafizə orqanları ərazidə yaşayan sakinlərə evlərini tərk etməmələri barədə xəbərdarlıq edib.
Atəş səsləri ilə bağlı ilk məlumat yerli vaxtla saat 14:00 radələrində polisə daxil olub. Bundan sonra ərazi təhlükəsizlik məqsədilə mühasirəyə alınıb.
Əməliyyata polis helikopteri də cəlb edilib. Hazırda hadisənin səbəbləri və atışmanın hansı şəraitdə baş verdiyi ilə bağlı əlavə məlumat açıqlanmayıb.
İnsidentlə bağlı araşdırma davam etdirilir.
