Xalq artisti Aygün Kazımova ilə meyxanaçı Namiq Qaraçuxurlu uzun fasilədən sonra yenidən duet ifa edib.
Sənətçilər “Gəlirəm” adlı yeni mahnı üçün bir araya gəliblər.
Aygün Kazımova və Namiq Qaraçuxurlunun duet əməkdaşlığına 2005-ci ildə “Sevdi ürək” albomu ilə start verilib. Albomda onların birgə ifasında 15 mahnı yer alıb.
İfaçıların illər ərzində səsləndirdiyi “Sevirəm”, “Bağlanıram”, “Dedi-qodu”, “Dözmədi qəlbim”, “Mənim deyil”, “Sevdi ürək” və digər mahnılar dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb və məşhurlaşıb.
Sənətçilərin yeni duetinin də musiqisevərlər tərəfindən maraqla qarşılanacağı gözlənilir.
