Ağdərədə mina partlayışı olub, Tərtər sakini xəsarət alıb

Ağdərədə mina partlayışı olub, Tərtər sakini xəsarət alıb

İşğaldan azad edilmiş Ağdərə rayonunun Papravənd kəndi ərazisində sentyabrın 10-da mina partlayışı baş verib.

Bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıb.

Bildirilib ki, 2005-ci il təvəllüdlü Tərtər rayon sakini Rüstəmzadə Sərxan Bəxtiyar oğlu minalardan təmizlənməmiş ərazidə atla hərəkət edərkən heyvan piyada əleyhinə minaya düşüb.

Partlayış nəticəsində Rüstəmzadə Sərxan yüngül xəsarət alıb.

Vətəndaş ANAMA əməkdaşlarının köməyi ilə təhlükəli ərazidən təxliyə olunub.

Hadisə ilə bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşlara müraciət edərək təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi barədə xəbərdarlıq edən nişanların göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa və tanımadıqları ərazilərə daxil olmamağa çağırıb.

Qurumlar, həmçinin çəpərləmə işləri aparılan ərazilərə müdaxilə edilməməsinin vacibliyini vurğulayıblar.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir