Ağcabədi rayonunun Hindarx qəsəbəsində iki qardaşın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Xəbəraxını “Qafqazinfo”ya istinadən xəbər verir ki, hərəkətdə olan VAZ-2107 markalı avtomobillə “Hyundai” markalı nəqliyyat vasitəsi toqquşub.
Qəza nəticəsində VAZ-2107-də olan iki qardaş hadisə yerində həyatını itirib.
Onların rayonun Poladlı kənd sakinləri, 1970-ci il təvəllüdlü Cəfərov Tələt İsfəndiyar oğlu və 1966-cı il təvəllüdlü Cəfərov Novruz İsfəndiyar oğlu olduğu müəyyənləşib.
Hadisə zamanı “Hyundai” markalı avtomobildə olan Ağcabədi rayonunun Aşağı Avşar kənd sakini, 2004-cü il təvəllüdlü Rüstəmov Həsən Füzuli oğlu da müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralı Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.
Faktla bağlı araşdırma davam etdirilir.
