“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Çindən aldığı yeni nəsil lokomotivlərin texniki göstəriciləri açıqlanıb.
Yeni lokomotivlər əvvəlki modellərdən sürət göstəricilərinə görə də fərqlənir. Belə ki, yeni lokomotivlərin konstruktiv sürəti saatda 120 kilometrdir. Onların çəkisi 150 ton, mühərrik gücü isə əvvəlki lokomotivlərlə müqayisədə 3 dəfə çoxdur.
Qeyd edək ki, ADY Çindən 7 yeni nəsil lokomotiv alıb. Hazırda qurum daha 14 yeni lokomotivin alınması ilə bağlı danışıqlar aparır.
