Bakıda 14 yaşı tamam olmayan qızdan övladı olan 18 yaşlı oğlana hökm oxunub

Bakıda 14 yaşı tamam olmayan qızdan övladı olan 18 yaşlı oğlana hökm oxunub

Bakıda yetkinlik yaşına çatmayan şəxslə cinsi münasibətdə olan 18 yaşlı oğlan cinayət məsuliyyətinə cəlb edilib.

Bir müddət əvvəl Binəqədi rayonunun Xocasən qəsəbəsində yaşayan, 14 yaşı tamam olmayan Z.Abdulovanın (ad və soyad şərtidir) hamilə olduğu müəyyənləşib.

13 yaşlı qız hamiləliyin 6-cı ayında ölü döl dünyaya gətirib. Hadisə barədə polisə məlumat verilib. Araşdırma zamanı qızla münasibətdə olan 18 yaşlı Camal Babayevin şəxsiyyəti müəyyənləşdirilib və onun barəsində cinayət işi başlanıb.

Məlum olub ki, C.Babayev qızın yaşadığı binanın həyətində meyvə-tərəvəz satışı ilə məşğul olub. Onlar burada tanış olduqdan sonra münasibət qurublar.

Toplanmış materiallar əsasında C.Babayev Cinayət Məcəlləsinin 150.3.3-cü (14 yaşına çatmamış şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə təqsirləndirilib və iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmə araşdırması zamanı əməldə zorakılıq elementlərinin olmadığı müəyyən edilib. Buna görə də C.Babayev Cinayət Məcəlləsinin 152.2-ci (14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə təqsirli bilinib.

Məhkəmənin hökmü ilə C.Babayev 4 il müddətinə azadlıqdan məhrum edilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir