Abşeron rayonunun Fatmayı kəndində fərdi yaşayış evinə bitişik tikilidə partlayış baş verib. Hadisə nəticəsində iki nəfər xəsarət alıb.
Xəbəraxını xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə barədə məlumat daxil olduqdan sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb edilib.
Araşdırma zamanı evə bitişik, ümumi sahəsi 10 kvadratmetr olan köməkçi tikilidə yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyənləşdirilib.
Partlayış nəticəsində tikilinin dəhlizinin tavanının 4 kvadratmetr hissəsi dağılıb, iki nəfər xəsarət alıb.
FHN əməkdaşları hadisə yerində zəruri təhlükəsizlik tədbirləri həyata keçiriblər. Partlayışın səbəbləri ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
