8 və 9 Noyabr – Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanın bir sıra şəhərlərində hərbi orkestrlərin çıxışları və yürüşləri təşkil olunacaq.
Xəbəraxını xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, noyabrın 8-də Bakının müxtəlif məkanlarında hərbi orkestrlərin nümunəvi çıxışları olacaq. Noyabrın 9-da isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıvanda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçiriləcək.
Noyabrın 8-də Bakıda hərbi orkestrlərin çıxışları:
Tədbirlər saat 16:00-dan 18:00-dək aşağıdakı məkanlarda təşkil ediləcək:
- Heydər Əliyev parkı (Heydər Əliyev Sarayının qarşısı);
- Filarmoniya parkı;
- Fəvvarələr meydanı;
- Koroğlu parkı;
- Sahil parkı;
- Zabitlər parkı.
Noyabrın 9-da Bakıda hərbi yürüşlərin marşrutları:
Yürüşlər saat 11:00-dan 13:00-dək aşağıdakı istiqamətlər üzrə keçiriləcək:
- Heydər Əliyev Sarayı – Bülbül prospekti – Nizami Kino Mərkəzi – Neftçilər prospekti – Azadlıq meydanı – Dəniz vağzalı.
- Şəhidlər Xiyabanı – “Alov Qüllələri” kompleksi – Çəmbərəkənd parkı – “İçərişəhər” metrosu – İçərişəhər Qala Qapısı – Azərbaycan Dövlət Kukla Teatrı – Azneft dairəsi – Bəhram Gur heykəli.
- Nərimanov heykəli – Mərkəzi Park – Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı – Qış Parkı – Heydər Əliyev Sarayı – Azərbaycan Respublikası Mərkəzi Bankı – “28 Mall” ticarət mərkəzi.
- “Olimpik Star” İdman və Əyləncə Mərkəzi – Səməd Vurğun küçəsi – Zabitlər parkı – Bakı Dövlət Sirki – Heydər Əliyev Sarayı – İmadəddin Nəsimi heykəli – Neftçilər prospekti.
- Q.Musabəyov parkı – Əbdürrəhim Bəy Haqverdiyev küçəsi – Hüseyn Cavid prospekti – Hüseyn Cavid parkı – Parlament prospekti – Şəhidlər Xiyabanı.
Sumqayıt, Gəncə, Xankəndi və Naxçıvan şəhərlərində isə yürüşlər mərkəzi küçə, prospekt və meydanları əhatə edəcək.
