Türkiyədə əməliyyat: 87 qanunsuz miqrant saxlanıldı

Türkiyədə əməliyyat: 87 qanunsuz miqrant saxlanıldı

Türkiyənin İzmir vilayətində qanunsuz miqrasiyaya qarşı keçirilən əməliyyatlar nəticəsində 87 miqrant saxlanılıb.

Xəbəraxını xəbər verir ki, əməliyyatlar Urla və Karaburun rayonlarında Sahil Mühafizəsi və Jandarm qüvvələri tərəfindən həyata keçirilib.

Əməliyyat çərçivəsində qanunsuz miqrasiyanın təşkilində şübhəli bilinən üç nəfərlə bağlı hüquqi prosedurlara başlanılıb.

Saxlanılan miqrantlar müvafiq prosedurlar tamamlandıqdan sonra Miqrasiya İdarəsinə təhvil veriliblər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir