Türkiyəli deputat Mustafa Sarıgül Yeni Partiya üzvlüyündən istefa verdiyini açıqlayıb. O, qərarını özü barəsində aparılan araşdırmanın partiyaya zərər verməməsi ilə əsaslandırıb.
Xəbəraxını xəbər verir ki, Türkiyə mətbuatının yaydığı məlumata görə, Sarıgül araşdırma ilə bağlı müzakirələrin partiyasına mənfi təsir göstərməməsi üçün bu addımı atdığını bildirib.
Deputat ədalətin bərqərar olacağına inandığını və gələcəkdə partiyaya qayıdacağını da qeyd edib.
Mustafa Sarıgül hansı qalmaqalla gündəmə gəlib?
Qeyd edək ki, Türkiyədə çirkli pulların yuyulması şübhəsi ilə Mustafa Sarıgülün ailəsi barəsində aparılan araşdırma yeni iddialarla gündəmə gəlib.
İş materiallarında cinsi zorakılıq iddiaları və siyasətçinin keçmiş sürücüsünün ifadəsinə əsasən, ona aid olduğu deyilən intim görüntülərin mafiya qruplaşmalarının əlinə keçməsi barədə məlumatlar yer alıb.
Keçmiş sürücünün iddiasına görə, həmin görüntülər vasitəsilə Sarıgüldən pul tələb edilib. Bu məlumatlar istintaq çərçivəsində araşdırılır.
