Türkiyə Futbol Federasiyasının (TFF) İntizam Komitəsi İstanbul derbisində mübahisə yaşayan “Fənərbaxça” və “Qalatasaray”ın futbolçularına cəza verib.
Xəbəraxını xəbər verir ki, bu barədə TFF-nin Mətbuat xidməti açıqlama yayıb.
Qərara əsasən, “Fənərbaxça”nın futbolçusu Arçi Braun üç, “Qalatasaray”ın oyunçusu Abdülkerim Bardakçı isə iki oyunluq diskvalifikasiya olunub.
Cəzaya səbəb Superliqanın oyunu zamanı futbolçular arasında baş verən mübahisə olub.
Qeyd edək ki, İstanbul derbisində “Qalatasaray” rəqibini 2:1 hesabı ilə məğlub edib.
