İranda silahlı hücum: Şəhər rəhbəri güllələnərək öldürüldü

İranda silahlı hücum: Şəhər rəhbəri güllələnərək öldürüldü

İranın Çaharmahal və Bəxtiyari əyalətində yerləşən Cunqan şəhərinin rəhbəri silahlı hücum nəticəsində həyatını itirib. Hadisə bu gün səhər saatlarında baş verib.

Xəbəraxını xəbər verir ki, bu barədə “Azad İran”ın “Telegram” kanalı məlumat yayıb.

Məlumata görə, şəhər rəhbərinin öldürülməsi ilə bağlı xəbəri əyalət rəhbərinin siyasi və təhlükəsizlik məsələləri üzrə müavini təsdiqləyib.

Rəsminin sözlərinə əsasən, ilkin qiymətləndirmələr hadisənin təxribat xarakteri daşımadığını göstərir.

Hələlik silahlı hücumun hansı şəraitdə baş verdiyi, hadisəni törədən şəxs və ya şəxslərin kimliyi barədə ətraflı məlumat açıqlanmayıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir