Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev oktyabrın 28-dən 30-dək Türkiyədə rəsmi səfərdə olacaq.
Xəbəraxını xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat katibi Aybek Smadiyarovun sosial şəbəkələrdə yaydığı məlumata istinadən xəbər yayıb.
Bildirilib ki, səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutacaq.
Səfər çərçivəsində Ankarada iki ölkə liderinin iştirakı ilə genişləndirilmiş strateji tərəfdaşlığın möhkəmləndirilməsi məsələlərinə dair danışıqlar keçiriləcək.
Qasım-Jomart Tokayev, həmçinin Türk Dövlətləri Təşkilatının 13-cü Sammitində iştirak edəcək.
