Bakıda 20 yaşlı gənc sevgilisi ilə mübahisə etdikdən sonra onu avtomobilində döyüb.
Xəbəraxını xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində yerləşən restoranlardan birinin parklanma sahəsində baş verib. Məlumata görə, 2006-cı il təvəllüdlü Bakı sakini Cavid Mirzəyev (ad və soyad şərtidir – red.) sevgilisi ilə birlikdə olarkən aralarında mübahisə yaranıb.
Qadın münasibəti bitirmək qərarına gəldikdən sonra özünə məxsus “BMW” markalı avtomobilə əyləşib. Buna əsəbiləşən Cavid onu maşından düşürməyə çalışsa da, istəyinə nail ola bilməyib. Daha sonra avtomobilə özü əyləşərək sevgilisini döyüb.
Nəticədə qadın müxtəlif bədən xəsarətləri alıb və hadisə yerinə polis çağırılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları Cavid Mirzəyevi saxlayıblar.
Cinayət işi məhkəməyə göndərilib. Lakin məhkəmə araşdırması zamanı tərəflər barışdıqlarını bəyan etdikləri üçün iş üzrə icraata xitam verilib.
