Mayk Tayson Türkiyə serialında! Hansı obrazı canlandıracaq?

Mayk Tayson Türkiyə serialında! Hansı obrazı canlandıracaq?

Dünya şöhrətli boksçu Mayk Tayson Türkiyədə yayımlanan “Tuzlu Kahve” serialında qonaq aktyor kimi tamaşaçıların qarşısına çıxacaq.

Xəbəraxını xəbər verir ki, Tayson “Star TV” kanalında nümayiş olunan ekran işində Buğra Gülsoyun canlandırdığı Mehmet obrazının ABŞ-dan gələn dostunu oynayacaq.

Serialın rejissoru Mustafa Kota, ssenari müəllifləri isə Aslı Zengin, Banu Zengin Tak və Ece Yosmaoğludur. “Tuzlu Kahve”nin aktyor heyətində təcrübəli sənət adamları yer alır.

Qeyd edək ki, Mayk Tayson bütün zamanların ən məşhur boksçularından biri hesab olunur.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir