Oktyabrın 27-də Azərbaycanda gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Xəbəraxını xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir buludların artacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Gün ərzində şimal-qərb küləyinin şimal-şərq küləyi ilə əvəzlənəcəyi gözlənilir.
Paytaxt və Abşeron yarımadasında havanın temperaturu gecə 12-15, gündüz isə 17-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-55 faiz arasında dəyişəcək.
Bölgələrdə hava necə olacaq?
Ölkənin rayonlarında havanın əsasən yağmursuz keçəcəyi bildirilir. Bununla belə, gündüz bəzi ərazilərdə çiskinli yağış yağması, ayrı-ayrı yerlərdə isə duman müşahidə olunması mümkündür. Rayonlarda şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 11-14, gündüz 17-20 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə 0-5, gündüz isə 5-10 dərəcə isti gözlənilir.
