Bakıda kütləvi dava zamanı Ceyhun adlı şəxsin qətlə yetirilməsi ilə bağlı cinayət işi üzrə iki nəfər barəsində həbs qətimkan tədbiri seçilib.
Xəbəraxını xəbər verir ki, bu barədə Real TV məlumat yayıb.
Məlumata görə, Emin Rəhimov və Elmar Cəfərov barəsində 4 aylıq həbs qətimkan tədbiri tətbiq olunub. Onlar qəsdən adam öldürməkdə və cinayətkar birlik yaratmaqda şübhəli bilinirlər.
Qeyd edək ki, şübhəli şəxslər daha əvvəl Xətai Rayon Məhkəməsinə gətiriliblər. Məhkəməyə çıxarılan şəxslər arasında deputat Arzuxan Əlizadənin oğlu Əhməd də olub. Digər şübhəlilərin ifadələrinin alınmasının davam etdiyi bildirilir.
Hadisə zamanı öldürülən Ceyhun kriminal aləmdə “Ceyhun Sabunçu” kimi tanınıb. Məlumata əsasən, hadisə ilə əlaqədar deputatın oğlu da daxil olmaqla, ümumilikdə 9 nəfər müxtəlif əməllərdə şübhəli bilinərək saxlanılıb.
