Türkiyədə futbol matçında dəhşətli anlar: 35 yaşlı oyunçu qəfil yerə yıxıldı

Türkiyədə futbol matçında dəhşətli anlar: 35 yaşlı oyunçu qəfil yerə yıxıldı

Türkiyənin Bartın şəhərində keçirilən futbol qarşılaşması zamanı xoşagəlməz hadisə baş verib. 35 yaşlı futbolçu Akın Karaaslan infarkt keçirərək xəstəxanaya yerləşdirilib.

Xəbəraxını xəbər verir ki, bu barədə “Haber7” məlumat yayıb.

Hadisə Türkiyə Futbol Federasiyasının Peşəkarlığa Keçid Liqasının 7-ci qrupunda ikinci turun oyunları çərçivəsində baş tutan “Arıt Kayadıbispor” – “Gençlik Mimar Sinan Spor” matçında qeydə alınıb. Qarşılaşma Bartın Atatürk stadionunda keçirilib.

“Arıt Kayadıbispor”un 1:0 hesabı ilə öndə olduğu oyunun 90+3-cü dəqiqəsində “Gençlik Mimar Sinan Spor”un futbolçusu Akın Karaaslan qəfil özünü pis hiss edərək meydançaya yıxılıb.

Oyunçunun vəziyyətinin ciddi olduğu müəyyənləşdikdən sonra meydana həkimlər və təcili tibbi yardım briqadası çağırılıb. İlkin tibbi yardım göstərildikdən sonra futbolçu təcili tibbi yardım avtomobili ilə Bartın Dövlət Xəstəxanasına çatdırılıb.

Məlumata görə, infarkt keçirən idmançı xəstəxanada angioqrafiya prosedurundan keçirilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir