Putin və Uitkoff görüşür: Ukrayna müharibəsi ilə bağlı nə müzakirə olunur?

Putin və Uitkoff görüşür: Ukrayna müharibəsi ilə bağlı nə müzakirə olunur?

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff arasında görüş başlayıb. Danışıqların əsas mövzusu Ukraynada müharibənin sona çatdırılması yollarıdır.

Xəbəraxını xəbər verir ki, bu barədə APA-nın Rusiya bürosu məlumat yayıb. Görüş Sankt-Peterburqdakı Konstantinovski sarayında keçirilir.

Məlumata görə, Uitkoff Rusiyaya səfərindən əvvəl Norveçin paytaxtı Osloda Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa tərəfdaşları ilə danışıqlar aparıb. Həmin görüşlərdə əldə olunan nəticələrin Rusiya tərəfinə çatdırılması gözlənilir.

Kremlin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib ki, Ukrayna münaqişəsinin həlli danışıqların əsas gündəm mövzusu olacaq.

Görüşün nəticələri və mümkün razılaşmalar barədə hələlik yekun məlumat açıqlanmayıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir