Dövlət qurumları onlarla avtomobili hərraca çıxarır – Qiymətlər 500 manatdan başlayır

Dövlət qurumları onlarla avtomobili hərraca çıxarır – Qiymətlər 500 manatdan başlayır

Azərbaycanda bir sıra dövlət qurumlarının balansında olan avtomobillər bu gün hərrac yolu ilə satışa çıxarılacaq. Nəqliyyat vasitələrinin ilkin satış qiymətləri 500 manatdan başlayır.

Xəbəraxını  xəbər verir ki, hərrac oktyabrın 20-də saat 10:00-da Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil olunacaq.

Hərraca çıxarılan avtomobillər arasında müxtəlif markalı minik maşınları, mikroavtobuslar və xüsusi təyinatlı nəqliyyat vasitələri var.

Ən aşağı ilkin qiymət 1992-ci il buraxılışlı “QAZ-2410” avtomobili üçün müəyyən edilib. Avtomobilin start qiyməti 500 manatdır. 2000-ci il buraxılışlı VAZ-21074 markalı xüsusi təlim avtomobili isə 550 manata təklif olunur.

Daha yüksək qiymətlərlə satışa çıxarılan avtomobillər arasında 2011-ci il buraxılışlı “Toyota Camry” (9 500 manat), 2014-cü il buraxılışlı “Hyundai Equus” (12 000 manat), 1998-ci il buraxılışlı “Mercedes-Benz S320” (10 500 manat) və 2010-cu il buraxılışlı “Volkswagen Passat CC” (5 625 manat) yer alır.

Hərracda, həmçinin “Nissan Maxima”, “Chevrolet Niva”, “Mitsubishi L300”, “Peugeot-406”, “Volkswagen Passat” və digər markalı avtomobillər satışa çıxarılacaq.

Məlumata görə, hərraca çıxarılan nəqliyyat vasitələri müxtəlif dövlət qurumlarının, o cümlədən rayon icra hakimiyyətlərinin, nazirliklərin, Dövlət Gömrük Komitəsinin, Baş Prokurorluğun və digər təşkilatların balansındadır.

Hərracda iştirak etmək istəyənlərdən ilkin satış qiymətinin 10 faizi məbləğində beh tələb olunur. Avtomobillərin tam siyahısı və əlaqəli şəxslərin məlumatları ilə Əmlak Məsələləri Dövlət Xidmətinin elanında tanış olmaq mümkündür.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir