Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Oktyabrın 19-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Paytaxtda havanın əsasən yağmursuz keçəcəyi, ölkənin bəzi rayonlarında isə yağış yağacağı proqnozlaşdırılır.

Xəbəraxını xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Gecə saatlarında bəzi yerlərdə zəif duman müşahidə edilə bilər. Səhər cənub-şərq küləyinin arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir.

Paytaxtda havanın temperaturu gecə 17-20, gündüz 22-25 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75, gündüz 55-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Bununla belə, gündüz bəzi şərq rayonlarında, gecəyə doğru isə şimal və qərb rayonlarının bəzi ərazilərində arabir yağış yağacağı, şimşək çaxacağı ehtimal olunur. Gecə və səhər saatlarında bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı ərazilərdə arabir güclənəcək.

Rayonlarda havanın temperaturu gecə 16-19, gündüz 25-30 dərəcə isti olacaq. Dağlıq ərazilərdə isə gecə 7-12, gündüz 18-23 dərəcə isti gözlənilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir