Kürdəmir rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Qatarın vurduğu kişi aldığı ağır xəsarətlərdən həyatını itirib.
Xəbəraxını APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Təklə kəndində qeydə alınıb. Kənd sakini, 1976-cı il təvəllüdlü Vüqar Ağadadaş oğlu Şahverdiyevi qatar vurub.
Ağır xəsarətlər alan kişi hadisə nəticəsində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
