Qazax rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtomobilin vurduğu 12 yaşlı qız xəstəxanaya yerləşdirilib.
Xəbəraxını xəbər verir ki, hadisə rayonun Kosalar kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan VAZ-21015 markalı minik avtomobili yolu keçmək istəyən, 2014-cü il təvəllüdlü S.Xəlilovanı vurub.
Yaralı dərhal xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
