Sabah hava necə olacaq? 17.10.2026

Sabah hava necə olacaq? 17.10.2026

Sabah Azərbaycanda 31 dərəcəyədək isti olacaq – Hava proqnozu

Oktyabrın 17-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Ölkənin bəzi bölgələrində havanın temperaturu 31 dərəcəyədək yüksələcək.

Xəbəraxını xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı və əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi ərazilərdə zəif duman müşahidə edilə bilər. Şimal-şərq küləyi gün ərzində cənub-şərq küləyi ilə əvəzlənəcək.

Paytaxtda və Abşeron yarımadasında havanın temperaturu gecə 18-21, gündüz isə 23-28 dərəcə isti olacaq. Atmosfer təzyiqinin 761 mm civə sütunu, nisbi rütubətin gecə 70-80, gündüz 60-65 faiz təşkil edəcəyi proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi bildirilir. Bununla belə, gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı və şimşək çaxacağı ehtimalı var. Səhər saatlarında ayrı-ayrı yerlərdə duman müşahidə edilə bilər. Mülayim şərq küləyi əsəcək.

Bölgələrdə havanın temperaturu gecə 15-18, gündüz 26-31 dərəcə isti olacaq. Dağlıq ərazilərdə isə gecə 8-13, gündüz 18-23 dərəcə isti gözlənilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir