Oktyabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmonla görüş keçirib.
Xəbəraxını xəbər verir ki, görüş zamanı Emoməli Rəhmon Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə Görüşünə dəvətə və göstərilən qonaqpərvərliyə görə Azərbaycan dövlətinin başçısına təşəkkürünü bildirib.
Tərəflər Azərbaycan və Tacikistan arasında mövcud dostluq münasibətlərindən məmnunluqlarını ifadə edib, çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi perspektivlərini müzakirə ediblər.
Söhbət zamanı ikitərəfli əlaqələrin daha da genişləndirilməsi, eləcə də regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
