Gədəbəydə sərxoş sürücünün törətdiyi qəza ailə faciəsi ilə nəticələndi – Həyat yoldaşı öldü, 4 nəfər yaralandı

Gədəbəydə sərxoş sürücünün törətdiyi qəza ailə faciəsi ilə nəticələndi – Həyat yoldaşı öldü, 4 nəfər yaralandı

Gədəbəy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Spirtli içki qəbul etdikdən sonra sükan arxasına keçən sürücünün idarə etdiyi avtomobil aşıb, həyat yoldaşı hadisə yerində ölüb, dörd nəfər isə xəsarət alıb.

Xəbəraxını xəbər verir ki,hadisə oktyabrın 13-də saat 22:00 radələrində rayonun Çanaqçı kəndi ərazisində qeydə alınıb. Məlumata görə, rayon sakini Şükür Ələkbərov şənlik mərasimində spirtli içki qəbul etdikdən sonra “VAZ” markalı avtomobili idarə edərkən nəqliyyat vasitəsini aşırıb.

Qəza nəticəsində sürücünün həyat yoldaşı hadisə yerində həyatını itirib. Onların 12 yaşlı oğlu isə xəstəxanaya yerləşdirilib.

TƏBİB-dən verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan dörd nəfər — bir kişi və üç azyaşlı oktyabrın 13-də saat 23:45 radələrində Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlara zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar. Qəza zamanı bir qadının həkiməqədər ölüm faktı qeydə alınıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə bir daha xəbərdarlıq edərək, spirtli içki qəbul etdikdən sonra avtomobil idarə etməyin ağır nəticələrə səbəb ola biləcəyini vurğulayıb. İdarə sürücüləri bu faciədən nəticə çıxarmağa və sükan arxasına sərxoş vəziyyətdə keçməməyə çağırıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir