Müəllim məktəbdə şagirdlərə Xameneiyə  həsr olunan mahnı oxutdu

Müəllim məktəbdə şagirdlərə Xameneiyə  həsr olunan mahnı oxutdu

Məktəbdə dərs keçmək əvəzinə şagirdlərə İranın mərhum ali dini lideri Əli Xameneiyə həsr olunmuş mahnının oxudulması ilə bağlı tədbir görülməsi müsbət qarşılanıb.

Xəbəraxını bu görüntüləri İctimai Fəal Elyar İsmayıloğlu yayıb.

AMEA Folklor İnstitutunun Qərbi Azərbaycan folkloru şöbəsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Elyar İslamoğlu bildirib ki, belə hallara görə tədbir görülməsi normaldır və onun fikrincə, qərar daha əvvəl verilməli idi.

O vurğulayıb ki, məktəblər dini təbliğat və başqa ölkələrin dini ideologiyalarının yayılması üçün nəzərdə tutulmayıb. İslamoğlunun sözlərinə görə, təhsil müəssisələrində yalnız tədris proqramına və müvafiq fənlərə aid materiallardan istifadə olunmalıdır.

İctimai fəal paylaşımında dövlət rəmzlərinə münasibət və xarici ölkələrin ideologiyalarının məktəb mühitinə gətirilməsi məsələsinə də toxunaraq, bu cür hallara qarşı sərt tədbirlərin görülməsinə etiraz edilməsini tənqid edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir