Misli Premyer Liqasının VII turunda bu gün daha iki oyun baş tutacaq. “Zirə” doğma meydanda “Şamaxı”nı qəbul edəcək, “Sumqayıt” isə “Qəbələ” ilə üz-üzə gələcək.
Xəbəraxını xəbər verir ki, günün ilk qarşılaşması saat 17:00-da Zirə İdman Kompleksinin stadionunda keçiriləcək. Hazırda 10 xalla turnir cədvəlinin beşinci pilləsində qərarlaşan “Zirə” 9 xalı olan və yeddinci yerdə duran “Şamaxı” ilə münasibətlərə aydınlıq gətirəcək.
Günün digər matçı saat 19:30-da “SOCAR Polymer Arena”da keçiriləcək. “Sumqayıt” öz meydanında “Qəbələ”ni sınağa çəkəcək. Sumqayıt təmsilçisi 2 xalla turnir cədvəlinin 11-ci, “Qəbələ” isə 4 xalla doqquzuncu pilləsində yer alıb.
Qeyd edək ki, turun ötən gün keçirilən oyunlarında “Kəpəz” “Araz-Naxçıvan”ı 2:0 hesabı ilə məğlub edib. “Neftçi” – “Sabah” qarşılaşması isə qolsuz heç-heçə ilə başa çatıb.
