Bu gün saat 15:00-dan etibarən Bakının bir sıra ərazilərində təmir işləri aparılacaq.
“Xəbəraxını” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq.
Belə ki, Binəqədi rayonunun Binəqədi qəsəbəsində Cəfər Cabbarlı küçəsində, həmçinin Sabunçu rayonunda Zabrat–Maştağa şossesinin Elşən Məhərrəmli küçəsi ilə kəsişməsindən Dövlət Gömrük Komitəsi Akademiyasının qarşısına qədər olan hissəsində hər iki istiqamətdə təmir işləri görüləcək.
AAYDA sürücülərə əvvəlcədən alternativ yollardan istifadə etməyi, hərəkət zamanı diqqətli olmağı və aparılan təmir işlərinə anlayışla yanaşmağı tövsiyə edib.
