ABŞ Rusiyadakı vətəndaşlarını ölkəni tərk etməyə çağırdı

ABŞ Rusiyadakı vətəndaşlarını ölkəni tərk etməyə çağırdı

ABŞ-nin Rusiyadakı səfirliyi ölkədə olan Amerika vətəndaşlarına müraciət edərək Rusiyanı dərhal tərk etməyə çağırıb.

“Xəbəraxını” xəbər verir ki, səfirliyin çağırışına səbəb Sibirdə vəba şübhəsi ilə bağlı yayılan səhiyyə xəbərdarlığı olub.

Xatırladaq ki, Rusiyanın İrkutsk vilayətində taunu araşdıran laboratoriyanın 28 yaşlı əməkdaşı Darya Şipilova ötən həftəsonu ağciyər taunu şübhəsi ilə vəfat edib.

Hadisədən sonra İrkutskda bəzi xəstəxanaların bağlandığı, 200-dən çox şəxsin karantinə alındığı bildirilir. Rusiya rəsmiləri qadının ölüm səbəbinin pnevmoniya olduğunu açıqlasalar da, bölgədə görülən sərt tədbirlər müxtəlif suallar yaradıb.

ABŞ səfirliyinin açıqlamasında Rusiya üçün 4-cü səviyyəli – “Səfər etməyin” xəbərdarlığının qüvvədə olduğu bildirilib. Qeyd olunub ki, ABŞ hökumətinin, xüsusilə Moskva xaricində, vətəndaşlarına yardım imkanları məhduddur.

İrkutskda olan ABŞ vətəndaşlarına yerli səhiyyə qurumlarının göstərişlərinə əməl etmək, tənəffüs yolları ilə bağlı hər hansı əlamət yarandığı təqdirdə isə dərhal tibbi yardıma müraciət etmək tövsiyə olunub.

ABŞ Dövlət Katibi Marko Rubio da Rusiyanın hadisə ilə bağlı təqdim etdiyi məlumatların “çox məhdud” olduğunu bildirərək Moskvanı daha şəffaf olmağa çağırıb.

Ümumdünya Səhiyyə Təşkilatı isə xəstəliyin Rusiyanın hüdudlarından kənara yayılması riskini “çox aşağı” qiymətləndirib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir