İstanbulun Başakşehir rayonunda məktəbdə bıçaqlı hücum baş verib.
“Xəbəraxını” “Hürriyet”ə istinadən xəbər verir ki, hadisə zamanı 15 yaşlı şagird bıçaqla 8 məktəblini yaralayıb.
Yaralanan şagirdlər xəstəxanaya çatdırılaraq müalicəyə cəlb olunublar. Hücumu törədən məktəbli isə polis əməkdaşları tərəfindən saxlanılıb.
Türkiyənin milli təhsil naziri Yusuf Tekin daha sonra hadisə zamanı yaralanan şagirdlərdən birinin vəfat etdiyini açıqlayıb.
İlkin məlumata görə, hadisə məktəblilər arasında yaranan mübahisə və dava nəticəsində baş verib.
Hadisə ilə bağlı araşdırma davam etdirilir.
